دکتر علی عدیلی
|
متخصص رادیوتراپی انکولوژی( کلینیکال انکولوژی )
دکتر علی عدیلی
|
متخصص رادیوتراپی انکولوژی( کلینیکال انکولوژی )




Ümidlərin qapısı


 Dünyanın ən dəhşətli xəstəliklərindən biri olan xərçəng xəstəliyinə XX əsrin əvvəllərində nadir hallarda rast gəlinirdi və demək olar ki, yox dərəcəsində idi. İnsanların əksəriyyəti bu xəstəlik barədə ya heç nə bilmirdi, ya da az məlumatlı idi. Lakin son illərdə az qala hər üç adamdan biri bu xəstəlik diaqnozu ilə müalicə olunur. Bütün dünyada olduğu kimi, son illərdə Azərbaycanda da  xərçəng xəstəliyi artım dinamikasındadır.

Bir çox insanlarda müsbət bir xüsusiyyət var – inanmaz ki, onun başına nəsə bir fəlakət gəlsin. Hansısa xəstəliyə tutulacağını ehtimal etmir. Mən də həmin insanlardan biri  idim. Adi insanlar kimi yaşayır, müəllimlik edirdim. Həmişə bu kəlamı eşidirdim: “Allah heç kəsin yolunu onkologiyaya salmasın”. Lakin səhhətimdə olan dəyişiklik məni Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına getməyə məcbur etdi. Burada həyatımda ən ağır diaqnozu eşitdim: “Süd vəzi xərcəngi”.

Bir ixtisas, bir peşə var ki, onu diplom almaqla qazanmaq olmur. Bu, həkimlikdir. Hər həkim diplomu olana “həkim” demək düzgün deyil. Əsl həkim insanlara məhəbbət bəsləməlidir, öz xoş ünsiyyəti ilə onların dərdinə əlac olmalıdır.

Lakin bəzi “həkimlər” var ki, diplom alsalar da xəstələrə şəfa verməyi bacarmır. Hamımız bilirik ki, xərcəngə yoluxmuş xəstəyə ən birinci təsir psixoloji təsirdir. Həkim çalışmalıdır ki, xəstəliyə qalib gəlmək üçün xəstədə özünə inam hissi yaratsın. Əks təqdirdə digər müalicə üsullarının təsiri əksər hallarda sıfra bərabər olur. Lakin məni müayinə edən “həkim” deyəsən bunu bilmirdi, yaxud özünün “müalicə” üsulunu daha münasib hesab edirdi.

     ?  Həkim, əməliyyat olmadan başqa müalicə üsulları var-

.Siz nə danışırsınız? Deyəsən xəstəliyinizin ağırlığını başa düşmürsünüz-

Əməliyyat olmasanız, öləcəksiniz.

Həkimin cəllada məxsus tərzdə söylədiyi bu sözlər mənə “süd vəzi xərcəngi” diaqnozundan daha ağır gəldi. Həm sağalacağıma, həm də bu “həkimin” məni sağaldacağına inamım qırıldı. Buna görə üz tutdum qardaş İran İslam Respublikasına.  

Nə yaxşı ki, hər sahədə olduğu kimi, həkimlikdə də Hippokrat andına sədaqətli, həkimliyə şərəf gətirən, sənətini, peşəsini sevən, ən başlıcası, insanı sevən, onun dərdinə şərik çıxan, onu dərddən xilas etməyi özünün həkimlik borcu hesab edən fədailər var.

Belə fədailərdən biri də Cənubi Azərbaycanın Təbriz şəhərinin “Nuri Nicat”, “İmam Rza”, “Əl Zəhra” xəstəxanalarında peşəsini şərəflə icra edən Əli Ədilidir.

Bir çoxları xərcəng xəstəliyini sağalmaz, müalicəsi mümkün olmayan bir xəstəlik - bəla olaraq qəbul edirlər. Lakin Əli həkimlə ilk görüşdən insanda mütləq sağalacağam inamı yaranır.

Əli Ədili sanki bu peşə üçün dünyaya gəlibdir. Həkimlik onun alnına yazılıb. Onun simasında, çöhrəsində xəstələrə şəfa gətirən bir nur, şölə var. Onun sağlam, təmiz aurası xəstənin əhval-ruhiyyəsini yaxşılaşdırır. Hətta ən ağır diaqnozlu xəstələrlə söhbət zamanı çöhrəsindəki təbəssüm xəstələrə bir ümid işığı verir, özünəinam hissini artırır. Onun səbrinə, təmkininə yaxşı mənada həsəd aparmaq olar. Bu optimizm, təmkinlik saxta deyil, onun peşəkarlığından, xəstəni sağaldacağına möhkəm inamından irəli gəlir. Bu sadaladığım xüsusiyyətlər Allahın Əli Ədiliyə bir həkim kimi bəxş etdiyi vergidir. Lakin insanları ən ümidsiz halında belə bu bəladan xilas etmək məqsədi ilə öz biliyini daima artırması, müasir tibb elminin ən son nailiyyətləri üzrə bacarıq əldə etmək üçün öz üzərində daim çalışması Əli həkimin bu şərəfli zirvəyə yüksəlməsinin nəticəsidir.

Əli Ədili 1981-ci ildə Əhər şəhərində həkim ailəsində anadan olmuşdur. Ali təhsilini İranın ən nüfuzlu “Şəhid Behişti” universitetində (inqilaba qədər Tehran Milli Universiteti idi) almışdır. Elə həmin universitetin “Radioterapiya” fakultəsinin magistr pilləsindən məzun olub. Daha sonra nəinki ABŞ-ın, həm də dünyanın ən nüfuzlu universitetlərindən sayılan Stanford Universitetində tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdur.

11 ildir ki, Təbrizin bir çox xəstəxalarında əsrin bəlası adlanan xərçəng xəstəliyinə mübtəla olmuş insanların sağlamlığı keşiyində dayanır. Bu müddət ərzində Əli həkim xərçəng xəstəliyinin cərrahi müdaxilədən sonra el arasında “ximiya” deyə adlandırılan kimyəvi terapiya hissəsində saçların tökülməməsi üçün Qərbi Azərbaycanda  “Paxman” aparatından istifadə edən ilk həkim olmuşdur.

Əli həkim Təbriz Tibb universitetinin dosenti olmaqla bərabər Amerikada xərçəng xəstəlikləri üzrə dosent üzvüdür. Əli həkim bu bəlanın əks təsirini xeyli azaltmaq məqsədi ilə daima öz üzərində çalışan bir həkimdir. Belə ki, kimyəvi dərmanla müalicə - rentgen (tüklərin tökülməmək şərtilə), yeni üsullarla xərçəng xəstəliklərinin aşkarlanması və müalicəsi, mədə bağırsaq xərçənginin müalicəsi, süd vəzi xərçənginin müalicəsi, sümük xərçənginin aşkarlanması və müalicəsi, ağ ciyər xərçənginin müalicəsi, baş və boyun xərçənginin müalicəsi istiqamətində tibb elminin yeni nailiyytələri ilə tanış olmaq, bu sahədə bilik və bacarığını artırmaq məqsədi ilə Əli həkim vaxtaşırı Stanford Universitetində elmi ezamiyyətdə olur.

Əli həkim, Azərbaycandakı xəstələr ümid edir ki, bir gün siz bizim ölkəyə gələcəksiniz və bizi də sevindirəcəksiniz. Sizə Allahdan arzumuz budur ki, həmişə sağlam olasınız. Sizin sağlamlığınız minlərlə insanın sağlamlığı deməkdir.

 

Kəmalə Xəlil qızı

yusifovakemale 38@gmail.com